16 mart 2026 07:56
113

Tramp İrana qarşı əməliyyatın başa çatmasını elan etməyə hazır olmadığını bildirib

Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatın başa çatmasını bəyan etməyə hazır deyil.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

"Mən hələlik bunun bitdiyini elan etmirəm", - deyə o qeyd edib və əlavə edib ki, Tehran danışıqlara hazır deyil.

Ağ Ev rəhbəri həmçinin bildirib ki, Vaşinqton Hörmüz boğazı da daxil olmaqla, strateji əhəmiyyətli boğazlarda birgə patrul təşkil etmək imkanları barədə yeddi ölkə ilə məsləhətləşmələr aparır.

"Biz boğazlarda patrul təşkili ilə bağlı digər ölkələrlə danışıqlar aparırıq", - o vurğulayıb.

Bundan əvvəl Tramp Hörmüz boğazında kömək etməkdən imtina edəcəkləri təqdirdə, NATO ölkələrini "çox pis gələcək"lə təhdid etmişdi.