16 mart 2026 13:54
108

Britaniyada ABŞ-dan asılı olmayan nüvə çəkindirmə sisteminin yaradılması TƏKLİF EDİLİR

Böyük Britaniyada ABŞ-dan asılı olmayan müstəqil nüvə çəkindirmə sisteminin yaradılmasına çağırış edilib. Bu təşəbbüslə ölkədə populyarlığına görə üçüncü siyasi qüvvə sayılan Liberal Demokrat partiyasının lideri Ed Davey çıxış edib. O, bu barədə partiyanın York şəhərində keçirilən yaz konfransında danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məumat yayıb.

O, Britaniyanın ABŞ dəstəyindən davamlı asılılığının milli təhlükəsizlik üçün qəbuledilməz bir risk yaratdığını bildirdi.

"Böyük Britaniyada dünyanın ən yaxşı alimləri, ən yaxşı mühəndisləri və ən yaxşı inşaatçıları var. Ona görə də gəlin Birləşmiş Krallıqda öz, həqiqətən müstəqil nüvə silahlarının yayımlanmasına başlayaq", - deyə Deyvi bildirib.

Böyük Britaniya hazırda nüvə sualtı qayıqlarına və döyüş başlıqlarına malikdir, lakin ABŞ tərəfindən təchiz edilən "Trident" raketlərinə güvənir.

"Vanguard sualtı qayıqlarımıza quraşdırılmış "Trident" raketləri ABŞ-dan icarəyə götürülüb.  Onların saxlanılması Amerika obyektlərindən asılıdır. Bu o deməkdir ki, bizim çəkindirici vasitəmizin effektivliyi nəticə etibarilə Oval Ofisdə kimin oturduğunun xoşməramlılığından asılıdır. Bir neçə il əvvəl bu, problem kimi görünmürdü. İndi isə, şübhəsiz ki, problemdir”, - deyə, o, qeyd edib.