Yeni Azərbaycan Partiyası ( YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya təşkilatın Aparatının kollektivi ilə birlikdə Novruz bayramı öncəsi Bərdə şəhərinin mərkəzində mülki şəhidlərin xatirəsinə salınmış Guşəni və Şəhidlər Xiyabanında dəfn olunmuş həm Birinci Qarabağ, həm də Vətən müharibəsində canlarını qurban vermiş bütün şəhidlərin məzarlarını ziyarət edib, hər birinin önünə səmənilər və qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.
“İki sahil” xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Liderimiz cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib