17 mart 2026 01:50
101

SEPAH ABŞ-ın Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.

"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.

SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam olunacağını vurğulayıb.