17 mart 2026 02:07
110

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin qərar qəbul edərkən müşavirlərinə həddən artıq güvənməkdə ittiham edib.

“İki sahil” xəbər verir ki, Tramp mətbuat konfransında çıxışı zamanı Böyük Britaniyanın Körfəz bölgəsinə hərbi gəmi göndərməsi ilə bağlı məsələni xatırladıb.

Onun sözlərinə görə, Starmer bu məsələ ilə bağlı komandasının fikrini öyrənmək üçün görüş keçirməli olduğunu bildirib. Tramp isə Baş nazirin belə qərarlar üçün komanda ilə məsləhətləşməyə ehtiyac duymadığını deyib.

“Böyük Britaniyanın Baş naziri dünən mənə dedi ki, qərar vermək üçün komandamla görüşəcəyəm. Mən isə dedim ki, komandayla görüşməyə ehtiyac yoxdur, siz Baş nazirsiniz və öz qərarınızı verə bilərsiniz”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, Starmerin komandasından qərar gözləməsi ona görə anlaşılmazdır. Trampın sözlərinə görə, Baş nazir ABŞ-a kömək etmək üçün mina təmizləyən gəmilərin və ya digər hərbi gəmilərin göndərilməsi barədə qərarı özü də verə bilərdi.