18 mart 2026 10:38
90

İsrail Beyrutu bombaladı - Ölənlər var

İsrail qüvvələri bu səhər şərqdəki Bekaa vadisindəki Səhmar şəhərini ikinci dəfə bombalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Livan hökuməti məlumat yayıb. 

Qeyd olunur ki, İsrail gecə ərzində Beyrutun mərkəzi və Livanın cənubuna bir neçə hücum həyata keçirib.

Məlumata görə, Beyrutda ən azı altı, ölkənin cənubunda isə daha 11 nəfər həlak olub.

İsrail qüvvələri həmçinin Beyrutun mərkəzindəki bir binanı bombalayıb və sağ qalanların axtarışı davam edir.