İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, Ali dini liderin baş müşaviri Əli Laricaninin öldürülməsi xəbəri təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bu barədə Laricaninin ofisinin “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, Laricani əsasən milli təhlükəsizlik məsələləri, o cümlədən İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh idi.
“Fars” xəbər agentliyinin məlumatına görə, Laricani oğlu, müavinlərindən biri və bir neçə mühafizəçisi ilə birlikdə qızının mənzilində olarkən ABŞ və İsrail qırıcıları tərəfindən vurulub. Onun ofisi hələlik bu məlumatı təkzib edir.