Qazaxıstanda respublika referendumu nəticəsində qəbul edilən yeni Konstitusiyanın tam mətni dərc edilib.
“İki sahil” xəbər verir ki, sənəd «Qazaxstanskaya Pravda» qəzetinin saytında yerləşdirilib.
Xatırladaq ki, referendum 15 mart 2026-cı ildə keçirilib. Səsvermədə 9 milyon 127 min 192 vətəndaş, yəni səs vermək hüququ olanların 73,12 faizi iştirak edib. Onlardan 87,15 faizi yeni Konstitusiyanın qəbuluna səs verib.