Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) "İncirlik" hərbi bazasının yerləşdiyi Adana əyalətində Türkiyənin ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi (ZRK) yerləşdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Patriot" ZRK NATO-nun Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (AİRCOM) tərəfindən Adanada əlavə olaraq yerləşdirilir.
Qeyd edək ki, NATO bundan əvvəl Malatyada Türkiyənin ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi yerləşdirib.
Xatırladaq ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan üç raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.