18 mart 2026 16:07
93

Aİ Macarıstan üçün dəyər əsaslı çərçivə deyil - Orban

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkənin Avropa İttifaqına üzvlüyü əsasən dəyərlərlə deyil, iqtisadi mülahizələr ilə idarə olunur.

“İki sahil” xəbər verir ki,  O, bunu GB News televiziya kanalına verdiyi müsahibədə deyib.

TASS onun sözlərini sitat gətirib: "Avropa İttifaqı, ilk növbədə, bizim üçün bazardır".

Orbanın sözlərinə görə, Budapeştin əmək resurslarına, məhsullara və bazarlara ehtiyacı var. O, həmçinin qeyd edib ki, Aİ Macarıstan üçün dəyər əsaslı çərçivə deyil və onun fikrincə, dəyərlər məsələsinə ayrıca baxılmalıdır.

Baş nazir əlavə edib ki, Avropa İttifaqının dəyərlər baxımından hazırkı istiqaməti Macarıstanın riayət etdiyi prinsiplərlə uyğun gəlmir və Aİ-ni ölkə iqtisadiyyatı üçün praqmatik vasitə adlandırıb.