18 mart 2026 21:15
123

Müctəba Xamenei Laricaninin qətlinin qisasının alınacağına söz verib

İranın ali rəhbəri ayətullah Müctəba Xamenei İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinin qisasını alınacağına söz verib .

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

"Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali rəhbərin bu şuradakı nümayəndəsi Əli Laricaninin ölümü barədə acı xəbəri dərin hüznlə aldım. Hər qanın bir bədəli var ki, şəhidlərin cani qatilləri tezliklə onu ödəməli olacaqlar", - mətbuat xidməti Xameneinin sözlərini sitat gətirib.

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri İsrael Kats Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edildiyini bildirib.