Slovakiya Nazirlər Kabineti ölkənin yanacaqdoldurma məntəqələrində alınması mümkün olan dizel yanacağının həcminə qarşıdakı 30 gün müddətinə məhdudiyyətlər tətbiq edən qərarı təsdiqləyib.
“İki sahil” TASR-a istinadən xəbərinə görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso hökumət iclasının yekunları üzrə məlumat verib.
Bundan başqa, Nazirlər Kabineti dizel yanacağının ölkə hüdudlarından kənara çıxarılmasına müvəqqəti qadağa qoyulması haqqında qərar qəbul edib.
Qeyd olunan tədbirlərlə paralel olaraq yanacaqdoldurma məntəqələrində xarici qeydiyyatı olan bütün nəqliyyat vasitələrinə şamil edilən dizel yanacağı üçün xüsusi qiymət rejimi tətbiq olunur. Belə avtomobillər üçün dizelin qiyməti Avstriya, Çexiya və Polşada qüvvədə olan orta qiymət səviyyəsi əsasında hesablanacaq.