19 mart 2026 20:03
175

YAP Qusar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının əməkdaşları rayonun  Piral kəndindən olan Vətən müharibəsi şəhidi Kərim Hüseynovun ailəsini Ramazan və Novruz bayramları ilə əlaqədar ziyarət edib.

“İki sahil” xəbər verir ki, ziyarət əsnasında rayon təşkilatı tərəfindən şəhidin  anası Hüseynova Təranə Şəhabəddin qızı 60 illik yubileyi münasibətilə təbrik edilib.Qeyd edək ki, şəhid Kərim Hüseynov 30 dekabr 1989-cu ildə Qusar rayonun Piral kəndində anadan  olub. Azərbaycan Ordusunun giziri kimi 2020-ci il Vətən müharibəsində iştirak edib və 14 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Ailəli, iki övlad atası idi.

Göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.