19 mart 2026 20:04
184

“Neftqaztikinti” Trestinin HİK tərəfindən trestin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib

SOCAR-ın “Neftqaztikinti” Trestinin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən trestin əməkdaşları üçün iftar süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Trestin müdiri Qağaməli Seyfullayev və HİK sədri Əli Qurbanov iştirakçıları salamlayaraq müqəddəs Ramazan ayının mənəvi dəyərlərin yüksəldiyi, birlik və həmrəyliyin daha da möhkəmləndiyi bir dövr olduğunu vurğulayıblar.

Çıxışlar zamanı əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulanıb, bu cür tədbirlərin kollektiv ruhunun güclənməsinə töhfə verdiyi qeyd edilib.

Ramazan ayının bərəkəti hər bir ailəyə nur, ruzi və xoşbəxtlik gətirsin!