19 mart 2026 20:21
95

ƏMAS-da daha bir yenilik: İşəgötürənə şəxsiyyət vəsiqəsinin müddəti bitən işçilər barədə e-qaydada məlumat veriləcək

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib. “İki sahil” xəbər verir ki, yeniliyə əsasən, işəgötürənlər artıq işçilərin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinin başa çatması ilə bağlı məlumatları elektron qaydada əldə edə biləcəklər. Belə ki, işəgötürənlər sistemin “Statistik məlumatlar” bölməsinə daxil olaraq şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və ya bitmək üzrə olan işçilər barədə məlumatlarla tanış ola bilərlər.

Bu yenilik işəgötürənlərin məlumatlılığının artırılmasına, əmək münasibətlərinin düzgün sənədləşdirilməsinə və mümkün hüquqi risklərin qarşısının vaxtında alınmasına xidmət edir.