Zəngilan şəhər məscidində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki məsciddə müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb.
“İki sahil” xəbər verir ki, səhər saatlarında hər iki məsciddə azan səsləndirilib, möminlər ibadət ocaqlarına toplaşaraq bayram namazını birlikdə icra ediblər. Namazdan sonra dualar oxunub, Uca Allahdan ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb. Eyni zamanda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Bayram namazında iştirak edən sakinlər bir-birini Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını bölüşüblər.
Qeyd edək ki, Ramazan bayramı respublikanın digər bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də yüksək ruh yüksəkliyi ilə qeyd olunur.