20 mart 2026 14:40
92

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, havanın yağışlı keçməsinə baxmayaraq, Müqəddəs Üçlük Katedralının həyəti və ətraf küçələr gecə boyu insanlarla dolu olub, yüzlərlə vətəndaş gecəni növbədə keçirib.

Məlumat üçün bildirək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də - 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edilib.

Patriarx II İliya martın 22-də Sioni Katedralında dəfn olunacaq.