20 mart 2026 16:05
100

Mourinyunun köməkçisi dünyasını dəyişdi

"Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted"də Joze Mourinyonun köməkçisi kimi çalışmış Silvinu Louru dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə "Portu"nun mətbuat xidməti yayıb. 

Mütəxəssis 67 yaşında vəfat edib. 

Silviniu Louru 1983--1997-ci illərdə Portuqaliya millisinin formasını geyinib. Sabiq qapıçı komanda ilə 23 matça çıxıb. Məşqçi kimi onun son klubu isə 2021-ci ilin noyabrında ayrıldığı Sudan "Əl-Hilal"ı olub.