21 mart 2026 09:49
112

ABŞ neftin qiymətini endirməkdə israrlıdır

ABŞ strateji ehtiyatından neftin azad edilməsinin birinci mərhələsinə başlayıb və neft şirkətlərinə 42,5 milyon barel xam neft ayırıb.

Tədarüklər eyni gündə başlayıb.

Qeyd olunub ki, bu həcm 120 gün ərzində buraxılması planlaşdırılan 172 milyon barel neftin ilk hissəsidir. ABŞ Energetika Nazirliyi ilk mərhələdə neft alan şirkətlərin sonradan strateji ehtiyatı ümumilikdə 55 milyon barel artıracağını gözləyir.

2027-ci il ərzində ehtiyatın təxminən 200 milyon barel artırılacağı gözlənilir. ABŞ-ın strateji neft ehtiyatları hazırda təxminən 415 milyon barel "qara qızıl"a malikdir.

"Report"