21 mart 2026 18:18
109

MPL: “Turan Tovuz” "Qəbələ" qalib gəldi

Misli Premyer Liqasının 25-ci turunun son yarışında “Turan Tovuz” “Qəbələ” ilə qarşılaşıb.

İki sahil” yazır ki, 3-cü dəqiqədə Hayderson Hurtado hesabı açıb. 27-ci dəqiqədə Eşqin Əhmədov qonaqların bərabərlik qolunu vurub.

49-cu dəqiqədə Hayderson Hurtado özünün və komandasının ikinci qolunu vurub. 59-cu dəqiqədə isə Joarlem Santos “Turan Tovuz”un üstünlüyünü iki qola yüksəldib.

Yarışda son nöqtədi tovuzluların futbolçusu Roderik Miller qoyub. O 90+7-ci dəqiqədə topu öz qapısından keçirib - 3-2.

Yarış bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.

Misli Premyer Liqası,

25-ci tur

21 mart (şənbə)

16:00. “Turan Tovuz” 3-2 “Qəbələ”

Qollar: Hayderson Hurtado, 3 (1-0), Eşqin Əhmədov, 27 (1-1), Hayderson Hurtado, 49 (2-1), Joarlem Santos, 59 (3-1), Roderik Miller, 90+7-avtoqol (3-2)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu