21 mart 2026 19:55
107

Cənubi Koreyada zavodda yanğın baş verib

Cənubi Koreyanın Tedjon şəhərində avtomobil ehtiyat hissələri zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Daha əvvəl 10 nəfərin həlak olması barədə məlumat var idi.

Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil olmaqla, 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, cümə günü yanğın başlanan an zavodun ərazisində ümumilikdə 170 nəfər olub.

Hadisə yerinə 500-dən çox xilasedici, polis və təcili yardım gəlib. Yanğınsöndürənlər binanın çökməsi ehtimalından ehtiyat edərək içəri daxil ola bilməyiblər. Yanğının söndürülməsini həm də binada partlama təhlükəsi olan 200 kiloqrama yaxın natriumun varlığı çətinləşdirib.