Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmkəndlisini - 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
"Report"