22 mart 2026 12:14
90

Avtomobil piyadanı vuraraq öldürüb

Xətai rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Zeynalov Nihad Lətif oğlu idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyada - 1984-cü il təvəllüdlü Əliyev Sərxan Ömər oğlunu vurmuş, nəticədə sonuncu hadisə yerində ölüb.

Fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanılıb.