22 mart 2026 18:41
106

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi qurulub

London Universitet Kollecində (UCL) Novruz bayramı münasibətilə keçirilən Mərkəzi Asiya Bahar Festivalı çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xüsusi stend qurulub.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanı universitetin Azərbaycan cəmiyyətinin tələbələri təmsil ediblər. Onlar Novruz ənənələrini və ölkəmizin zəngin mədəni irsini əks etdirən müxtəlif elementləri iştirakçılara təqdim ediblər.

Stenddə Azərbaycanın milli musiqi alətləri, Novruza xas atributlar, o cümlədən səməni, milli dekor elementləri və digər mədəni nümunələr nümayiş olunub.

Festival çərçivəsində Novruz bayramını qeyd edən digər ölkələrin də stendləri qurulub. Bu stendlərdə müxtəlif xalqların Novruz ənənələri, mətbəxi və mədəni xüsusiyyətləri təqdim olunub ki, bu da tədbirə beynəlxalq rəng qatıb.