22 mart 2026 20:26
125

Ceffris: Tramp və Respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız müharibəyə başlayıblar

ABŞ-da hakimiyyətin dəyişməsinə ehtiyac var.

“İki sahil” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Ceffris ABŞ-ın İrana qarşı müharibəsini tənqid edərək bildirib.

"Donald Tramp və Respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız müharibəyə başlayıblar. Benzin qiymətləri artır, milyardlarla dollar israf olunur və ölkəmiz getdikcə daha təhlükəli hala gəlir. Amerikada hakimiyyətin dəyişikliyinə ehtiyacımız var", - Ceffris "X" sosial media hesabında yazıb.