Cənubi Koreyanın "Hyundai Motor" şirkəti ABŞ və Kanadada 69 060 ədəd üçcərgəli SUV avtomobilini geri çağırır.
“İki sahil” xəbər verir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır.
Şirkət 2026-cı il istehsalı olan "Palisade" modelinin "Limited" və "Calligraphy" seriyaları üzrə geri çağırma sənədini Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli İdarəsinə təqdim edib. ABŞ-da isə bu modelin satışları dayandırılıb.
Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən biri azyaşlı uşağın ölümünə səbəb olub.