24 mart 2026 19:26
121

Şahbaz Şərif: Pakistan Yaxın Şərqdə gərginliyin azaldılması danışıqları üçün öz platformasını təqdim etməyə hazırdır

Pakistan Yaxın Şərqdə gərginliyin azaldılması danışıqları üçün öz platformasını təqdim etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bunu "X" sosial şəbəkəsində yazıb. "Pakistan Yaxın Şərqdə müharibəyə son qoymaq üçün regionda və ondan kənarda sülh və sabitliyin maraqları naminə davam edən dialoq səylərini alqışlayır və tam dəstəkləyir. Pakistan ABŞ və İranın razılığı ilə münaqişənin hərtərəfli həlli üçün məzmunlu və yekun danışıqlara ev sahibliyi etməyə hazırdı", - Pakistanın Baş naziri vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil edib. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bir neçə regional dövlət vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.