Kolumbiyanın Puerto-Leqisamo bölgəsində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə şəhər meri Luis Emilio Bustos məlumat verib. O xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 127 hərbçinin olduğunu açıqlayıb.