İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Buşehr Atom Elektrik Stansiyası (AES) ərazisinə yeni hücum barədə məlumatlandırıb, zərərçəkənlər yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə AEBA xəbər verib. "İran AEBA-nı Buşehr Atom Elektrik Stansiyası ərazisinə daha bir raket zərbəsi barədə məlumatlandırıb. İran stansiyaya və ya onun işçilərinə heç bir ziyan dəymədiyini bildirir", - məlumatda deyilir. AEBA-nın baş direktoru Rafael Qrossi münaqişə kontekstində nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İran martın 18-də də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr Atom Elektrik Stansiyasına düşən mərmi barədə məlumat verib.