12 dekabr 2016 19:47
1074

“Məhəmməd-Allahın elçisi” filmi Azərbaycanda nümayiş etdiriləcək

İran kinomotqrafçılarının çəkdiyi “Məhəmməd- Allahın elçisi” filmi bu ilin sonunadək Azərbaycan Respbulikasında nümayiş etdiriləcək.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, film sonuncu dəfə Türkiyədə nümayiş etdirilib.

Bu kino İraqda da nümayiş olunub. Filmin ərəb və Asiya ölkələrində nümayişi ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, filmin rejissoru Məcid Məcididir.