26 mart 2026 14:35
86

Salyan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb

Salyan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.

Belə ki, ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.