27 mart 2026 13:12
85

17 yaşlı gənc 34 yaşlı kişini bıçaqlayıb

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.