27 mart 2026 17:18
98

Qubada kanalizasiya borusu tutulub, 10-dan çox həyəti çirkab suları basıb

Qubada kanalizasiya borusunun tutulması nəticəsində çirkab suları həyətlərə dolub.

“İki sahil” xəbər verir ki, hadisə martın 27-si günorta saatlarında rayonun Zərdabi qəsəbəsində baş verib. Quba və Qusar rayonlarının çirkab sularının axıdılması üçün nəzərdə tutulan mərkəzi kanalizasiya xəttinin qarşısının tutulması nəticəsində çirkab suları 200 metr məsafədə Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb. Həmçinin 10-a yaxın evin həyətinə su dolub.

Hadisə ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb.