"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir".
“İki sahil” CNN-ə istinadən xəbər verir ki, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.
"Onun ictimaiyyət qarşısında görünməməsinin səbəbi mövcud xüsusi hallar fonunda təhlükəsizlik tədbirləri ilə bağlıdır", - deyə Bəhreyni bildirib.
Qeyd edək ki, kəşfiyyat xidməti nümayəndələrinin ABŞ Prezidenti Donald Tramp üçün xüsusi brifinqləri zamanı dəfələrlə İran liderinin yoxluğunun "sirri" məsələsi qaldırılıb. Adıçəkilməyən ABŞ məmurunun sözlərinə görə, Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə komandası Tehrandakı vəziyyətə əslində kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.
Martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrində bəyan edib ki, Müctəba Xamenei İsrailin hava hücumu zamanı ağır yaralanıb.