28 mart 2026 12:32
132

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

Omanın cənubundakı Salala limanı iki pilotsuz uçuş aparatı ilə atəşə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə "Oman news agensy" təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Nəticədə əcnəbi işçilərdən biri orta dərəcəli xəsarət alıb.

Oman hakimiyyəti təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirir.