28 mart 2026 22:13
83

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 108-ə çatıb

Keniyada həftələrlə davam edən leysan yağışlar və daşqınlar nəticəsində 108 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Keniya Milli Polis Xidməti məlumat yayıb.

Martın 6-sı axşamı başlayan qəfil daşqınlar Şərqi Afrika ölkəsində genişmiqyaslı dağıntılara səbəb olub, onlarla avtomobili yuyub aparıb, hava nəqliyyatını pozub və enerji infrastrukturuna ziyan vurub.

Hakimiyyət orqanları 2700-dən çox ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Bəzi ərazilərdə yağış intensivliyi azalsa da, polis drenaj sistemlərinin daşması və torpağın su altında qalması səbəbindən daşqın riskinin davam etdiyi barədə xəbərdarlıq edib.