Yaxın Şərqdə müharibənin genişlənməsi fonunda BMT agentlikləri münaqişə zonalarına humanitar yardımın çatdırılmasının dayanmaq üzrə olduğu barədə xəbərdarlıq edir.
“İki sahil” xəbər verir ki, Hörmüz boğazında gəmilərə hücumların artması nəticəsində təxminən 2 min gəmi və 20 minə yaxın dənizçi blokadada qalıb. Beynəlxalq Dəniz Təşkilatı vəziyyəti İkinci Dünya müharibəsindən bəri görünməmiş hal kimi qiymətləndirir.
BMT-nin Ümumdünya Ərzaq Proqramı isə bildirir ki, Sudan, Cənubi Sudan və Somalidə ərzaq böhranı artıq reallığa çevrilib. Döyüşlər səbəbindən təxminən 70 min ton humanitar yardım yükləri limanlarda bloklanıb.
Ekspertlər xəbərdarlıq edir ki, logistika xərclərinin artması və maliyyə çatışmazlığı qlobal ərzaq təchizatını daha da zəiflədə və humanitar böhranı dərinləşdirə bilər.