01 aprel 2026 11:27
110

Sumqayıtlı şagird ABŞ-də bilik yarışına qatılacaq

XV “Sabahın Alimləri” müsabiqəsinin qalibləri beynəlxalq arenada Azərbaycanı təmsil edəcək. Müsabiqənin qızıl medalçılsı, Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyinin şagirdi Alızadə Göyçək ABŞ-da keçiriləcək nüfuzlu ISEF Beynəlxalq Elm və Mühəndislik Yarışmasının final mərhələsinə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, Göyçək  Alızadə “Sabahın Alimləri” müsabiqəsində qazandığı nəticə sayəsində artıq dünyanın ən güclü məktəbliləri ilə bir platformada yarışmaq imkanı əldə edəcək.

Qeyd edək ki, ABŞ-da təşkil olunan ISEF müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrindən minlərlə şagirdi bir araya gətirərək onların innovativ layihələrini nümayiş etdirmək və qiymətləndirmək məqsədi daşıyır.

Sumqayıtlı şagirdin bu uğuru ölkəmizdə elmə və təhsilə göstərilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, digər gənclər üçün də motivasiya mənbəyidir.