01 aprel 2026 16:24
98

ADRA artıq “Gəncə KOB evi”ndə də sahibkarlara xidmət göstərir

Gəncə şəhərində sayca beşinci KOB evi fəaliyyətə başlayıb. “İki sahil” xəbər verir ki, yeni mərkəzdə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 80-dən çox xidmət təqdim olunur. Burada 15 dövlət qurumu fəaliyyət göstərir və sahibkarlar biznes qeydiyyatı, vergi, gömrük, lisenziya, ixrac, reklam yerləşdirilməsi və digər xidmətlər üçün müraciət edə bilərlər. Qeyd edək ki, bu qurumlar sırasında Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) də yer alır və Gəncə KOB evində fəaliyyət göstərir. KOB evində həmçinin bank, sığorta, konsaltinq kimi özəl xidmətlər də təqdim olunur. Ümumilikdə xidmətlər 33 pəncərə vasitəsilə həyata keçirilir.
    “Gəncə KOB evi” Mərkəz Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir və həftə içi saat 09:00–18:00 arası fəaliyyət göstərir.