Milli Məclisin deputatı Səbinə Xasayeva Biləcəri bələdiyyəsinin inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzinati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Dəmirli və Biləcəri bələdiyyəsinin sədr müavini Osman Qasımov da iştirak ediblər.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.