01 aprel 2026 17:11
84

Suqovuşanda mina partlayışında xəsarət alan şəxsin son durumu

Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs bu gün saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.