02 aprel 2026 01:40
93

Mario Götze ilə müqavilə uzadıldı

Almaniyanın “Ayntraxt” klubu futbolçusu Mario Götsenin müqaviləsini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2028-ci ilin yayına kimidir.

Qeyd edək ki, Götse bu mövsüm "Ayntraxt"da  26 oyunda 2 məhsuldar ötürmə edib.