02 aprel 2026 16:17
86

Türkiyə Superliqasında derbi oyunlarının hakimləri açıqlanıb

Türkiyə Superliqasının XXVIII turunda keçiriləcək “Trabzonspor” – “Qalatasaray” və “Fənərbağça” – “Beşiktaş” oyunlarına hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, Trabzonda təşkil olunacaq görüşü Cihan Aydın idarə edəcək. İstanbul derbisi isə Yasin Kola tapşırılıb.

“Trabzonspor” – “Qalatasaray” matçı aprelin 4-də, “Fənərbağça” – “Beşiktaş” qarşılaşması bundan 1 gün sonra reallaşacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.