02 aprel 2026 08:34
77

Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir

Red Bull Azərbaycanın tanınmış atletlərinin iştirakı ilə ölkənin ən gözəl 4 məkanını əhatə edən yeni layihəyə start verilib.

“İki sahil” xəbər verir ki, layihə çərçivəsində hər bir buraxılışın 2–3 ay aralıqla yayımlanması nəzərdə tutulur. Artıq layihənin ilk tizer videosu Red Bull in Azerbaijan rəsmi səhifəsində paylaşılaraq izləyicilərə təqdim olunub.

Bildirilib ki, təşəbbüsün əsas məqsədi Azərbaycanın təbiətini, turizm potensialını və ekstremal idman imkanlarını geniş auditoriyaya tanıtmaqdır.