Bu gün qadın voleybolçuların Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunları keçirilib. “İki sahil” xəbər verir ki, “Turan” komandası Tovuz OİK-də “Murov Az Terminal”ı, “DH Volley” isə Bakıda GİN-in Voleybol Mərkəzində “AZERRAIL” klubunu qəbul edib. İlk oyunda olduğu kimi, bu qarşılaşmalarda da “Turan” (3:0) və “DH Volley” (3:0) qalib gəliblər. Beləliklə, 1/4 final mərhələsində hər iki oyunda qələbə qazanan “Turan” və “DH Volley” komandaları yarımfinala yüksəlib.
Qeyd edək ki, aprelin 3-də 1/4 final mərhələsi çərçivəsində “Milli Aviasiya Akademiyası” klubu “Abşeron”la, “Gəncə” isə UNEC komandası ilə cavab oyununa çıxacaq.
Oyunların nəticələri
2 aprel 2026
Yüksək Liqa (qadınlar) | 1/4 final, 2-ci oyun
“Turan” – “Murov Az Terminal” 3:0 (25:17, 25:19, 25:23)
“DH Volley” – “AZERRAIL” 3:0 (25:17, 25:21, 25:17)
27 mart 2026 l 1/4 final, 1-ci oyun
“Murov Az Terminal” – “Turan” 0:3 (20:25, 18:25, 18:25)
“AZERRAIL” – “DH Volley” 0:3 (14:25, 22:25, 19:25)