03 aprel 2026 12:17
104

ABŞ ordusunda narazılıq artır

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi general Rendı Corcun vəzifədən azad edilməsi ölkənin hərbi rəhbərliyi arasında ciddi narazılığa səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, yüksək rütbəli hərbçilər bu kadr qərarını orduya qarşı destruktiv addım kimi qiymətləndirirlər.

Jurnalistlərin yazdığına görə, ABŞ ordusu onsuz da mövcud qlobal hadisələr fonunda ciddi təzyiq altındadır və belə bir mühüm vəzifədə qəfil dəyişiklik daxili gərginliyi daha da artırır.

Analitiklər hesab edirlər ki, generalın gözlənilmədən vəzifədən uzaqlaşdırılması komanda daxilində sabitliyə mənfi təsir göstərə bilər.