03 aprel 2026 13:24
82

İrana qarşı əməliyyat ABŞ üçün baha başa gəlib

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat ölkə üçün ciddi itkilərlə nəticələnib.

“İki sahil” xəbər verir ki, bu barədə "National Interest" yazır.

Nəşrdə qeyd olunur ki, prezident Donald Trampın “Epik Qəzəb” əməliyyatının böyük uğur qazandığı ilə bağlı dəfələrlə verdiyi bəyanatlara baxmayaraq, əməliyyat ABŞ üçün olduqca baha başa gəlib. Məqalədə həmçinin maddi ziyanın da əhəmiyyətli olduğu vurğulanır.

Bundan əvvəl Trampın Pentaqona İranın enerji sisteminə zərbələri beş gün müddətinə təxirə salmağı tapşırdığı bildirilmişdi.

"Berliner Zeitung" qəzetinin məlumatına görə, ABŞ prezidentinin bu qərarı İranın diqqətini yayındırmaq üçün taktiki gediş ola bilər.