ABŞ prezidenti Donald Trampın administrasiyası İranla bağlı münaqişə fonunda Kubada hakimiyyət dəyişikliyi planlarını müvəqqəti olaraq təxirə salıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyi hələ də adanın iqtisadi və siyasi sisteminə təsir göstərmək niyyətindədir. Lakin Yaxın Şərqdəki müharibə səbəbindən resurs çatışmazlığı və Rusiya ilə mümkün qarşıdurmanın yaratdığı çətinliklər Ağ evi prioritetlərini yenidən nəzərdən keçirməyə vadar edib.
Mənbələr bildirir ki, bu məcburi təxirə salınma Vaşinqton üçün müəyyən üstünlük də yarada bilər, çünki Tramp administrasiyasının gələcək addımlarını proqnozlaşdırmaq daha çətin olacaq.
Eyni zamanda, qeyd olunur ki, hazırda Havana ilə müəyyən müzakirələr davam edir.
“Kubada hakimiyyət dəyişikliyi uzun müddətdir təxirəsalınmaz məsələlər siyahısında yer alırdı... Tramp və onun köməkçiləri hesab ediblər ki, hazırkı mərhələdə Kubanın mövcud hakimiyyətini saxlamaq daha məqsədəuyğundur”, — deyə nəşr yazır.