Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.
“İki sahil” yazır ki, "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib.
Oyunun 55-ci dəqiqəsində Eren Aydın hesabı açıb. 89-cu dəqiqədə isə Leroy Mikels “Zirə”nin üstünlüyünü iki topa yüksəldib.
Qeyd edək ki, bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
Azərbaycan kuboku,
1/2 final ilk oyun
3 aprel (cümə)
17:30. “Turan Tovuz” 0–2 “Zirə”
Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu