06 aprel 2026 02:08
108

"Xatəm əl-Ənbiya": ABŞ özünün İsfahana məcburi eniş edən hava vasitələrinə zərbə endirib

İran Silahlı Qüvvələri (SQ) tərəfindən aprelin 5-də ABŞ-nin iki "C-130" hərbi nəqliyyat təyyarəsi və iki "Black Hawk" helikopteri daxil olmaqla, bir neçə hava vasitəsi vurulub.

“İki sahil” xəbər verir ki, SQ-nin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bu barədə bəyanatını "Fars" Xəbər Agentliyi yayıb.

Rəsmi bəyanata görə, zədələnmiş hərbi hava vasitələri İsfahan vilayətinin cənub istiqamətində yerləşən ərazilərin birinə təcili eniş etmək məcburiyyətində qalıb.

Qərargahın iddiasına əsasən, təcili enişdən sonra İran hərbçiləri tərəfindən mühasirəyə alınmış hava vasitələrinə və onların heyətinə elə ABŞ-nin özü tərəfindən havadan zərbə endirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.